Türkiyə millisi daha bir itki ilə üzləşib

Türkiyə millisinin heyətində daha bir futbolçu zədəyə görə sıradan çıxıb.

Sportline.az xəbər verir ki, İtaliya ilə yoldaşlıq oyununda zədələnən Ozan Kabakın sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb. Milli futbolçu AVRO-2024-ün heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki,n ötən günlərdə Cağlar Söyüncü və Enes Ünal da zədələnərək millinin heyətindən uzaqlaşdırılmışdı.