Türkiyə millisinin Niderlandla oyun üçün ehtimal olunan 11-liyi

Avropa Çempionatında 1/4 final mərhələsinin son oyununda Türkiyə millisi Niderland seçməsi ilə qarşılaşacaq.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Ay-ulduzlular"ın görüşə bu heyətlə çıxacağı ehtimal olunur.

Qapıçı: Mert Günok

Müdafiəçilər: Mert Müldür, Samet Akaydın, Abdülkerim Bardakçı, Ferdi Kadıoğlu.

Yarımmüdafiəçilər: Kaan Ayhan, Hakan Çalhanoğlu, Salih Özcan

Hücumçular: Arda Gülər, Barış Alper, Kenan Yıldız.

Türkiyə millisində oyun qabağı İsmail Yüksek, Merih Demiral və Orkun Kökçü cəzalı durumdadır.

Qeyd edək ki, Almaniyanın paytaxtı Berlində keçiriləcək görüş bu gün saat 23:00-da başlanacaq.