Türkiyə nəhəngindən "Roma"ya təklif

"Trabzonspor" heyətini "Roma"nın futbolçusu ilə gücləndirməyə cəhd edib.

Sportline.az xəbər verir ki, informasiyanı "RomaPress" yayıb.

Xəbərə görə, son Türkiyə çempionu "canavarlar"ın özbək hücumçusu Eldor Şomurodovu icarəyə götürmək üçün 1 milyon avro ödəməyə hazır olduğunu bildirib. Mənbə "Roma"nın bu təklifə "hə" demək ehtimalının çox az olduğunu vurğulayıb.

Daha öncə paytaxt təmsilçisinin Şomurodovu sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə "Bolonya"ya icarəyə verəcəyi barədə xəbərlər yayılıb.

Qeyd edək ki, sözügedən futbolçu "Roma"ya ötən il, 18 milyon avro qarşılığında "Cenoa"dan transfer olunub.