Türkiyədə futvoley üzrə beynəlxalq turnir keçiriləcək

Futvoleyçilərimiz daha bir sınaq qarşısındadırlar.

Sportline.az xəbər verir ki, noyabrın 5-dən 8-dək beynəlxalq futvolley turniri keçiriləcək.

"Qarabağ zəfəri kuboku" adı altında keçirilən yarış 2-ci Qarabağ müharibəsində qazanılan qələbəyə həsr olunub.

Türkiyənin Alanya şəhərində keçiriləcək turnirə maraq böyükdür. Belə ki, Azərbaycanla yanaşı, Braziliya, Almaniya, Ukrayna, Avstriya, Türkiyə, Rusiya, İsrail, Fransa və Niderland futvoleyçiləriləri də mükafatlar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, turnir Dünya Futvoley Federasiyası, Azərbaycan FutNet Federasiyası və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi çərçivəsində keçiriləcək.