Türkiyəli futbolçu Almaniya nəhəngində

Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az "Bild"ə istinadən xəbər verir ki, Dortmund təmsilçisi "Köln"ün yarımmüdafiəçisi Salih Özcanı transfer edib. 24 yaşlı futbolçu artıq yeni komandası üçün tibbi müayinədən keçib.

Qeyd edək ki, Türkiyə millisinin üzvü 2020-ci ilin yayından "Köln"də çıxış edir.