Tuxeldən Noyer açıqlaması
"Bavariya"nın qapıçısı Manuel Noyerin heyətə dönüşü ləngiyir.
Sportline.az xəbər verir ki, baş məşqçi Tomas Tuxel Bundesliqanın 8-ci turunda "Maynz"la oyunda da ona güvənməyəcək.
Bu haqda klubun sosial şəbəkə hesablarında məlumat yayılıb.
Tuxel bu qarşılaşmada Sven Ulrayxın xidmətindən yararlanacaq.
Noyerin "Qalatasaray"la UEFA Çempionlar Liqası matçında meydana çıxacağı ehtimal olunur.
Xatırladaq ki, Noyer 2022-ci il Dünya çempionatından sonra qış kurortunda istirahət edərkən ayağını sındırmışdı.