Tyaqo Silva Rusiyadakı dövrünü pisləyib

"Çelsi"nin müdafiəçisi Tyaqo Silva Rusiyadakı dövrü həyatın ən pis dövrlərindən biri adlandırıb.

Spoertline.az xəbər verir ki, 2005-ci ilin yanvarında braziliyalı "Dinamo"ya keçdi, lakin altı ay vərəmdən müalicə aldığı üçün heç bir matç oynamayıb.

“Mən altı ay Rusiyada qaldım. Həyatımın ən pis dövrlərindən biri idi. Yenidən futbol oynaya biləcəyimi bilmirdim. Sadəcə bir xəyalım var idi, amma bunu dəqiq bilmirdim" - deyə Silva bildirib.

Banner