Uca tanrı məni "Qarabağ" klubuna gətirməklə şərəfləndirdi"
Uca tanrı məni "Qarabağ" klubuna gətirməklə şərəfləndirdi.
Sportline.az xəbər verir ki, bunu "Qarabağ"dan ayrılan Riçard Almeyda sosial şəbəkə hesabındakı vida paylaşımında yazıb.
O, Ağdam təmsilçisinə hər şeyə görə təşəkkürünü bildirib:
"Komandanın rəhbər şəxsləri, işçilər və bütün heyət üçün darıxacağam. Uca tanrı məni "Qarabağ" klubuna gətirməklə şərəfləndirdi. Bu komanda ilə kuboklar, medallar və bir çox nailiyyətlər əldə etdim, arzularım gerçəkləşdi. "Qarabağ"a daha da böyüməyi arzu edirəm. Hər şey üçün sonsuz təşəkkürlər".
Qeyd edək ki, "köhlən atlar" ötən gün 35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verib.
2012-2018, 2019 və 2021-2025-ci illərdə "Qarabağ"da çıxış edən oyunçu 376 matçda 64 qol vurub.
Almeyda Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandanın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.