Üçqat paralimpiya çempionumuz tarixə düşdü
Xəbər verdiyimiz kimi, Roman Saley Tokio 2020 Yay Paralimpiya Oyunlarında özünün üçüncü, komandamızın isə 12-ci qızıl medalını qazanıb.
Sportline.az xəbər verir ki, bununla da 27 yaşlı üzgüçü Azərbaycan idmanı tarixinə düşüb. Belə ki, o, üçqat Paralimpiya çempionu adına yiyələnən ilk idmançımız olub.
Xatırladaq ki, Saley Paralimpiada 100 metr məsafəyı arxasıüstə, sərbəst və batterflay üsuiu ilə üzmə yarışlarında bütün rəqiblərini geridə qoyub.