Uefa Avropa Liqasında birinci təsnifat mərhələsinin oyunları başa çatıb

Uefa Avropa Liqasında növbəti tura yüksələn komandaların adına aydınlıq gətirilib.

Sportline.az xəbər verir ki, ötən gün keçirilən cavab oyunlarından sonra "Visla"Krakov, "Ruzomberok", "Elfsborq", "Şerif", "Honedoara" və "Botev" komandaları 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıblar.

Qarşılaşmalarda bu nəticələr qeydə alınıb:

"Llapi" - "Visla Krakov": 1-2, 0-2

"Tobol" - "Ruzomberok" : 1-0, 2-5

"Pafos" - "Elfsborq": 2-5, 0-3

"Zirə" - "Şerif": 1-2, 1-0 (4-5 penaltilər seriyası)

"Hunedoara" - "Pakş": 0-2, 4-0

"Maribor' -" Botev" Plovdiv: 2-2, 1-2