UEFA Azərbaycan klublarına vəsait ayırdı

UEFA 2016/2017-ci il mövsümündə Avropa Liqası yarışında əldə olunan əlavə gəlirdən "Qarabağ" və "Qəbələ"yə də vəsait ayırıb.

Sportline.az xəbər verir ki, bu klublar müvafiq olaraq, 294 452 avro və 294 344 avro qazanıblar.

Vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada "Qarabağ” və "Qəbələ” klubunun hesabına köçürülüb.

Xatırladaq ki, hər iki klub ötən mövsüm Avroliqanın qrup mərhələsinə adlamışdı.