UEFA "Fənərbağça"nın cəzasını yüngülləşdirib

UEFA "Fənərbağça"nın cəzasını yüngülləşdirib.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, UEFA "sarı-lacivərtlər"in 2 oyunluq azarkeşsiz oynama cəzasını azaldıb.

Belə ki, "Fənərbağça" klubunun cəzası 2 oyunda 1-ə endirilib. Verilən cəza2 il müddətinə təxirə salına  və ya istənilən görüşdə istifadə oluna bilər.

Qeyd edək ki, UEFA "Fənərbağça" klubuna verilən cəzanın səbəbi isə "Union" ilə görüşdə azarkeşlərinin etikadan kənar hərəkətlər etməsi olub.