UEFA "Keşlə" ilə bağlı müraciəti müsbət cavablandırıb
UEFA "Keşlə" klubunun ad dəyişiklinə İstisna yanaşmanın tətbiq olunması ilə bağlı AFFA-nın müraciətini cavablandırıb.
Sportline.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Lisenziyalaşdırma Qrupunun “Şamaxı” Futbol Klubunun “Keşlə”nin varisi kimi tanınması və “3 illik üzvlük qaydası”nın istisna edilməsi üçün müraciətinə UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) müsbət cavab verib.
UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play” qaydalarında UEFA lisenziyasının alınması üçün tələb olunan meyarlardan biri də lisenziya iddiaçısının lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməsi və daxili yarışlarda iştirak etməsidir.
AFFA-nın müvafiq müraciəti nəzərə alınaraq, təqdim olunmuş sənədlərə əsasən UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) müsbət qərar qəbul edib.