UEFA-dan məşhur kluba cəza

"Marsel" Çempionlar Liqasının qrup mərhələsinin "Sportinq"lə ev matçını boş stadionda keçirəcək. 

Sportline.az xəbər verir ki, bu barədə UEFA qərar verib. Buna səbəb isə 2-ci turda “Ayntraxt”la oyunda (0:1) “Velodrom” stadionunda azarkeşlərin təşkil etdiyi iğtişaşlar olub. Həmçinin UEFA "Tottenhem"lə ev oyunu üçün "Marsel"in azarkeş tribunasını bağlamaq qərarına gəlib.

Xatırladaq ki, bundan əvvəl "Marsel" artıq bir avrokubok oyununa azarkeşlərin buraxılmasına şərti qadağa ilə cəzalandırılmışdı.