UEFA prezidenti Çeferin “Super Liqa”ya münasibətini bildirib
UEFA prezidenti Aleksandr Çeferin “Super Liqa” lahiyəsi haqqında danışıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Çeferin bu rəqabətin heç kimə lazım olmadığını bildirib.
UEFA prezidenti “İnfo Libre”yə veridiyi müsahibədə bu fikirləri səsləndirib.
”Super Liqa”ya faktiki olaraq xitam vermişik.Bu rəqabət heç kimə lazım deyil.Futbol o qədər güclüdür ki, insanlar onu sevir və hər kəs yüksək səviyyəli yarışlarda oynamaq arzusundadır.Baxın, əslində “Super Liqa’ olan “Euroleague” basketbolu necə məhv etdi. Yarışlar açıq olmalıdır.Gəlirlərin 93.5%-ni klublara qaytarırıq.UEFA isə gəlirlərin 97%-ni futbola qaytarır”.
Qeyd edək ki, artıq bir neçə müddətdir ki, bəzi nəhəng Avropa klubları bir araya gələrək öz aralarında “Super Liqa” adlı turnir yaratmağı düşünürlər.