UEFA "Qarabağ"a 10 milyon avrodan çox ödəniş etdi
“Qarabağ”ın UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Sportline.az xəbər verir ki, "atlılar" bu mövsüm avrokuboklarda iştiraka görə aşağıdakı məbləğləri alıb.
- 5,000,000 (beş milyon) avro – UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirakına görə (ÇL-in qrup mərhələsinə adlaya bilməyən klubar üçün);
- 3,400,000 (üç milyon dörd yüz min) avro – UEFA Avropa Liqasında iştirak üçün ilkin ödəniş;
- 2,244,000 (iki milyon iki yüz qırx dörd min) avro – UEFA Avropa Liqasının sıralama əmsalına görə (klubun son 10 ildə göstərdiyi nəticələrə əsasən).
"Qarabağ" Avropa Liqasının G qrupunda "Nant" (Fransa), "Frayburq" (Almaniya) və "Olimpiakos"la (Yunanıstan) mübarizə aparacaq.