UEFA Superkuboku: "Real", yoxsa "Ayntraxt"?
Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək.
Sportline.az xəbər verir ki, Finlandiyanın paytaxtı Helsinkidəki Olimpiya Stadionunda oynanılacaq matçda İspaniyanın "Real" və Almaniyanın "Ayntraxt" (Frankfurt) klubları qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, "Real" Çempionlar Liqasının, "Aytraxt" isə Avropa Liqasının son qalibidir.
10 avqust
UEFA Superkuboku
23:00. "Real Madrid" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya)
Baş hakim: Maykl Oliver
Helsinki Olimpiya Stadionu