Ueyn Runi "Plimut" klubundan qovula bilər

İngiltərə millisinin sabiq üzvü Ueyn Runi Çempionşip təmsilçisi "Plimut"un baş məşqçi postundan qovula bilər.

Sportline.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, klub rəhbərliyi son oyunlardan narazı qaldığı üçün 39 yaşlı mütəxəssisi postundan uzaqlaşdırmağı düşünür.

Bu səbəbdən Çempionşipdə qarşıdan gələn "Oksford Yunayted" və "Suonsi" ilə matçlar Runi üçün son şans olacaq.

Qeyd edək ki, "Plimut" 17 xalla turnir cədvəlinin 21-ci pilləsində qərarlaşıb.