Ukraynanın məşhur boksçusu futbol komandasında oynamaq istəyir

Ukraynalı məşhur peşəkar boksçu Aleksandr Usik "Polesye" futbol komandasının heyətində oynamaq istəyir.

Sportline.az xəbər verir ki, 35 yaşlı idmançı bu barədə "PRO Football Digital" telekanalına açıqlamasında bildirib.

Usik yerli çempionatda iştirak etmək üçün arıqlayacağını da söyləyib: "Artıq bir uşaqlıq arzum gerçəkləşib. Türkiyədə təlim-məşq toplanışında "Polesye" komandasında oynanışam. Düşünürəm ki, ikinci hissənin son yeddi dəqiqəsində iştirak üçün mənə liqada şans verəcəklər. Mən mərkəz hücumçusuyam, amma bütün meydanda qaça bilərəm".

Qeyd edək ki, Aleksandr Usik son olaraq britaniyalı Entoni Coşuanı məğlub edib. "Polesye" Ukrayna I liqasında 3 oyundan sonra A qrupunda 9 xalla ikinci pillədə qərarlaşıb.