Ulduz futbolçu "Beşiktaş"da

"Beşiktaş" "Everton"un futbolçusu Dele Allini icarəyə götürüb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi 2022/2023 mövsümünü icarə əsasında İstanbul təmsilçisində keçirəcək.  "Beşiktaş" bu mövsümün sonu ingilis oyunçunun birdəfəlik almaq hüququna sahibdir.

Qeyd edək ki, D.Alli yeni klubunda 11 nömrəli forma ilə çıxış edəcək.