Ulduz futbolçu Dortmunddan gedir

Dortmund "Borussiya"sı aparıcı futbolçusunu itirə bilər.

Sportline.az xəbər verir ki, Almaniya millisinin üzvü ilə iyunda başa çatacaq müqavilənin müddəti uzadılmayacaq.

Bu haqda nüfuzlu Bild nəşri məlumat yayıb.

34 yaşlı futbolçunun Menhenqladbax "Borussiya"sına keçəcəyi gözlənilir.

Roys bu klub üçün yad sima deyil. Marko 2009-2012-ci illərdə bu komandanın formasını geyinib.