Ulduz futbolçu ən yaxşı belçikalı seçildi

"İnter"in hücumçusu Romelu Lukaku xaricdə oynayan ən yaxşı belçikalı futbolçu seçilib.

Sportline.az xəbər verir ki, bu barədə o, özünün "Tvitter" səhifəsində elan edib. 27 yaşlı futbolçu İtaliya klubundakı və millidəki komanda yoldaşlarına, baş məşqçilərinə təşəkkür edib.

Lukaku səsvermədə "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brüyne və "Real"ın qapıçısı Tibo Kurtuanı qabaqlayıb.

Qeyd edək ki, Lukaku bu mövsüm İtaliya A seriyasında 16 oyunda 12 qol vurub, 3 qolun ötürməsini verib.