Ulduz futbolçu "Fənərbağça" üçün "qiymət oxudu"
"Fənərbağça" yeni mövsümə hazırlığı davam etdirir.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi "Kristal Pelas"ın hücumçusu Vilfrid Zahanı transfer etmək niyyətindədir.
Bu yay İngiltərə klubundan ayrılmağı düşünən 30 yaşlı futbolçunun "Fənərbağça"dan böyük tələbləri var. Zaha 10 milyon avroluq imza pulu ilə yanaşı ilinə 5 milyon avro maaş tələb edir.
"Fənərbağça" klubu bu rəqəmi azaltmaq üçün danışıqları davam etdirir.