Ulduz futbolçu Fransa klubunda

"Yuventus"dan ayrılan Aaron Remzinin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, uelsli yarımmüdafiəçi karyerasını "Nista"da davam etdirəcək. Bu barədə Fransa Liqa-1 təmsilçisinin saytı məlumat yayıb. O, yeni klubuna azad agent kimi keçib.

Qeyd edək ki, Remzi 2019-cu ildən "Yuventus"da oynayırdı.