Ulduz futbolçu komandada qalır
"Yuventus"un "Atletiko"dan icarəyə götürdüyü futbolçusu Alvaro Morata komandada qalmaq niyyətindədir.
Sportline.az "Calciomercato"ya istinadən xəbər verir ki, Turin təmsilçisi də 28 yaşlı hücumçunu saxlamaq istəyir. Ona görə də klub mövsümün sonunda ispaniyalı oyunçunun icarə müddətini uzatmağı planlaşdırır.
Lakin "Yuventus"un futbolçunu birdəfəlik transfer etmək üçün 45 milyon avro xərcləməyə hazır olmadığı bildirilib.
Qeyd edək ki, Morata bu mövsüm "Yuventus"la 32 matça çıxaraq, 16 qol vurub və 11 qolun ötürməsini verib.