Ulduz futbolçu komandadan getdi

Dortmund “Borussiya”sı futbolçusu Andre Şürrle ilə yolları ayırıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin 2021-ci ilin yayına qədər olan müqaviiləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, 2016-cı ilə “Volfsburq”dan “Borussiya”ya keçən almaniyalı futbolçu bu mövsüm Moskva “Spartak”ında icarə əsasında çıxış edib. Türkiyə mətbuatı “Beşiktaş”ın Şürrleni heyətinə cəlb etmək istədiyini yazıb.