Ulduz futbolçu koronavirusa yoluxdu

"Real"ın futbolçusu Luka Yoviç koronavirusa yoluxub.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Serbiya millisinin düşərgəsindən qayıtdıqdan sonra onun koronavirus testi müsbət çıxıb.

Qeyd edək ki, 22 yaşlı hücumçu Millətlər Liqasında Rusiyaya qarşı matçda (5:0) dubl etmişdi.

Xatırladaq ki, Yoviç 2019-cu ilin iyulundan Madrid klubunda oynayır.