Ulduz futbolçu "Sevilya"dan ayrılıb

"Sevilya" müqaviləsi sona çatan 32 yaşlı futbolçu Erik Lamela ilə yolların ayrıldığını açıqlayıb.

Sportline.az xəbər verir ki, İspaniya klubu "X" sosial şəbəkəsində etdiyi paylaşımda Lamela ilə vidalaşıb.

"Sevilya" ilə bu mövsüm 19 oyuna çıxan argentinalı futbolçu 2 qol və 1 asistlik performans göstərib.Sağ vingerin klubla müqavilə mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Lamela "Beşiktaş" klubunun transfer siyahısındadır.