Ulduz futbolçular koronavirusa qalib gəldilər

“Milan”ın fubolçuları Canluici Donnaruma, Yens Peter Hauqe və Matteo Qabbia koronavirusdan sağalıb.
 
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Oyunçulardan götürülən son test nümunələri cavablarının mənfi olduğu bildirilib.
 
Qeyd edək ki, bir müddət öncə “Milan”da Leo Duarte və Zlatan İbrahimoviç də koronavirusdan sağalmışdı.