Ulduz futbolçunun evi qarət olundu

"Valensiya"nın futbolçusu Castin Klyuivert şok hadisə ilə üzləşib.

Sportline.az xəbər verir ki, 24 yaşlı niderlandlı hücumçunun evi qarət olunub.

Maskalı şəxslər onun evində daxil olaraq arvadı və anasında hücum ediblər. Yekunda 200 min avro dəyərində əşya oğurlayan naməlum şəxslər evdən qaçıblar.

Ardınca Castinin arvadı və anası polisə müraciət ediblər.

Qeyd edək ki, Castin Klyuivert veteran futbolçu Patrik Klyuivertin oğludur.