Ürəyindən əməliyyat olunan məşhur futbolçu kimdir?

"Bavariya"nın futbolçusu Kingsli Koman əməliyyat olunub. 

Sportline.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb 24 yaşlı yarımmüdafiəçidə yüngül ürək ritmi pozğunluqlarının olmasıdır. O, təxminən 2 həftə sonra fərdi məşqlərə başlayacaq. 

Qeyd edək ki, Koman 2017-ci ildən "Bavariya"da oynayır.