Uruqvaylı hücumçu La Liqanın tarixinə düşüb

"Valensiya"nın futbolçusu Edinson Kavani İspaniya La Liqasının tarixinə düşüb.

Sportline.az xəbər verir ki, uruqvaylı hücumçu buna "Selta"nı 3:0 hesabı ilə məğlub etdikləri VI tur matçında meydana çıxmaqla nail olub.

Kavani La Liqada debüt edən ən yaşlı oyunçu adına sahib çıxıb. Uruqvaylı forvard 35 yaşlı 215-ci günündə bunu bacarıb.

Təcrübəli futbolçu 2015-ci ildə "Eybar"ın heyətində 35 yaş 174-cü günündə debüt edən Tsema Anibarronu geridə qoyub.

Banner