Uşu üzrə "Dəmir Yumruq - 7" turnirinə yekun vuruldu

Vətən müharibəsinin şəhidlərinin xatirəsinə həsr edilən ənənəvi uşu çempionatı davam edir.

Sprotline.az xəbər verir ki, yeniyetmə və gənc uşuçular bu dəfə İsmayıllıya toplaşıblar. 

150-ə nəfərə yaxın idmançının qoşulduğu açıq İsmayıllı çempionatı böyük marağa səbəb olub. Belə ki, müxtəlif bölgələrdən "Gəncə", "Bərdə", "Ucar", "Şəki", "Göyçay", "Polad", "Arktika-Abşeron", "Savalan", "Favorit" komandaları yarışda iştirak edib.