Usik - Fyuri döyüşü baş tutacaq

Ukraynalı peşəkar boksçu Aleksandr Usiklə britaniyalı Tayson Fyuri arasında titul döyüşü olacaq.

Sportline.az xəbər verir ki, bunu Usikin meneceri Egis Klimas təsdiqləlyib.

WBA, IBF və WBO versiyaları üzrə hazırkı dünya çempionu olan Usik WBC versiyasında da titula yiyələnməklə mütləq çempion adına sahib çıxmaq niyyətindədir.

Buna son dəfə 1999-cu ildə Lennoks Luis nail olmuşdu.

Tərəflər döyüşün keçirilməsi ilə bağlı müqaviləyə artıq qol çəkiblər.

Qeyd edək ki, 36 yaşlı ukraynalı peşəkar rinqdə keçirdiyi 20 döyüşün hamısında qələbə çalıb.

Tayson Fyuri isə keçirdiyi 34 döyüşün 33-nü qələbə ilə bitirdiyi halda bir görüşü heç-heçə ilə başa vurub.