Usik Taysona "əlcək tulladı"

Super ağır çəkidə WBA, IBF və WBO versiyaları üzrə dünya çempionu Aleksandr Usik (21-0) britaniyalı Tayson Fyuri (34-0-1) ilə döyüş ərəfəsində "dilini dinc saxlamır".

Sportline.az xəbər verir ki, ukraynalı idmançı sosial şəbəkədə rəqibinə "Eey, acgöz! Dostum Tayson, mən dekabrın 23-də döyüşməyə hazıram. Bəs sən hazırsan?". 

Xatırladaq ki, Fyuri oktyabrın 29-da Ər-Riyadda kamerunlu MMA döyüşçüsü Frensis Nqannu ilə qarşılaşmanı hakimlərin qərarına əsasən qələbə ilə başa vurub. 

Dekabrda isə Taysonun Usiklə dueli gözləilir.