Usik Taysona "əlcək tulladı"

Super ağır çəkidə WBA, IBF və WBO versiyaları üzrə dünya çempionu  Aleksandr Usik (21-0) britaniyalı Tayson Furiyə (34-0-1) "söz atıb".

Sportline.az xəbər verir ki, ukraynalı idmançı sosial şəbəkədə paylaşımında "Eyy, acgöz! Dostum Tayson, mən dekabrın 23-də  döyüşməyə hazıram. Bəs sən hazırsan?" yazısı ilə diqqətləri üzərinə çəkib.

Xatırladaq ki, Fyuri oktyabrın 29-da Ər-Riyadda kamerunlu MMA döyüşçüsü Frensis Nqannu ilə qarşılaşmada hakimlərin qərarı ilə qələbə çalıb.

Dekabrda isə onu Usiklə rinqdə qarşılaşma gözləyir.