Usiki karyerasını bitirməyə səslədilər

Ağır çəkidə üçqat dünya çempionu Mayris Briedis maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, o, mütləq çempion titulunu qoruyan Aleksandr Usiki karyerasını bitiməyə səsləyib.

Onun fikrincə, Tayson Fyuri üzərində ikinci qələbədən sonra rinqi tərk etməyə dəyər.

"Düşünürəm ki, Usik karyerasını başa vuruacaq. Onun yerinə olsaydım, belə edərdim. Çünki, rinqdən gözəl ayrılmağı bacarmalısan. O, isə nə mümkündürsə, hamısını qazanıb", - deyə Briedis  "YouTube"dakı "Studiya boksa Viktora Yalımova" kanalına müsahibəsində bildirib. 

Qeyd edək ki, ukraynalı boksçu Tayson Fyuri ilə revanş döyüşündə də qalib gələrək, mütləq çempion titulunu qoruyub.