Vadji Fransada ilk qolunu vurub
“Qarabağ”dan “Sent Etyen”ə transfer olunan İbrahima Vadji Fransada ilk qolunu vurub.
Sportline.az xəbər verir ki, seneqallı hücumçu Liqa 2-nin 8-ci turunda “Bordo”nu qapısına yol tapıb.
Qarşılaşmanın 35-ci dəqiqəsində hesabı açan Vadji 2:0 hesabı ilə qalib gəldikləri oyunda sonadək mübarizə aparıb.
Vadji bundan əvvəlki turda - “Po” ilə oyunda “Sent Etyen”də debüt edib və komandasına penalti qazandırıb.
“Sent Etyen” hazırda 7 xalla 12-ci, “Bordo” isə 14 xalla liderdir.