Vadji mövzusuna son qoyulacaq

“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji Fransanın “Sent Etyen” klubu ilə avqustun 30-da rəsmi müqaviləyə imza atacaq.

Sportline.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, seneqallı hücumçunun klubla sözləşməsi 3 illik olacaq.

Onun transferinin Fransa klubuna 1.2 milyon avroya başa gələcəyi bildirilir.