Vadji "Sent Etyen"də debüt edib

“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji “Sent Etyen”in heyətində ilk oyuna çıxıb.

Sportline.az xəbər verir ki, Fransa Liqa-2-də çıxış edən “Sent Etyen” səfərdə “Pau” ilə qarşılaşıb. 

Seneqallı hücumçu 66-cı dəqiqədə əvəzetmədən meydana daxil olub. 

84-cü dəqiqədə hakim Vadjiyə qarşı kobudluğa görə meydan sahiblərinin qapısına penalti təyin edib və beləliklə, "Sent-Etyen" məğlubiyyətdən qurtululub – 2:2.