Vadjinin Fransa klubuna keçidi ilə bağlı daha bir yenilik

İbrahima Vadji sentyabrın 1-dək Fransanın ikinci liqa təmsilçisi “Sent-Etyen”lə müqavilə imzalayacaq.

Sportline.az Qol.az-a istinadən xəbər verir ki, bu transferə görə Ağdam təmsilçisinə 1 milyon avro təzminat ödəniləcək.

Bununla bağlı, rəsmi açıqlamanın “Qarabağ” tərəfdən sabah elan ediləcəyi gözlənilir.

Əldə etdiyimiz daha bir xəbərə görə, Vadji ilə “Rizespor” da daxil olmaqla Türkiyənin bəzi klubları da maraqlanıb. Lakin futbolçu yekunda Fransa klubunu seçib. Avropada transfer pəncərəsi  sentyabrın 1-i saat 23:00-da bağlanacağından bu transfer ən geci həmin vaxta kimi Fransa klubu tərəfindən də rəsmən elan ediləcək.

Xatırladaq ki, Vadji bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində 4 qol vurub.

Banner