Valeriy Karpin "Beşiktaş"ın baş məşqçisi olar bilər

"Rostov"un və Rusiya millisinin baş məşqçisi Valeri Karpin "Beşiktaş"a rəhbərlik edə bilər.

Sportline.az xəbər verir ki, insayder İvan Karpov bu barədə öz Teleqram kanalında məlumat yayıb. 

Mənbənin xəbərinə görə, Türkiyə klubunun rəhbərləri  yaxın günlərdə təcrübəli mütəxəssislə görüş təşkil edəcəklər.

"Beşiktaş"ın siyahısında Karpin ilə yanaşı Slaven Biliç, Nuri Şahin, Van Bommel və Razvan Luçesku kimi məşqçilərin adı yer alır.

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının son mövsümünü 56 xalla 6-cı sırada tamalayıb. Klub mövsüm ərzində 5 məşqçi ilə çalışıb.