Van Bronkhorst: “Avropa Liqasında bütün oyunlarda qələbə qazanmaq istəyirik”

“Beşiktaş”ın niderlandlı çalışdırıcısı Covanni Van Bronkhorst “Malmö” matçı öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis bu mövsüm ki hədəfləri haqqında danışıb.

“Bu mövsüm bütün turnirlərdə çempion olmağı hədəfləyirik. Əlbəttə Avropa Liqasında bu çətin görünür. Lakin mümkünsüz heçnı yoxdur. Avropa Liqasında bütün oyunlarda qələbə qazanmaq istəyir. “Malmö” matçına yaxşı hazırlanmışıq. Hədəfimiz 3 xaldır. “Lion”u səfərdə məğlub etdik. Bu möhtəşəm nəticədir. Eyni ruhla sabah ki matça köklənmişik. Heyətdə bir neçə zədəli futbolçumuz var. Bu məni narahat etməyə bilməz. Qabriyel Paulista, Çiro İmmobile və Necip Uysal sabah oynaya bilməyəcəklər. Meydanda bunların yoxluğunu hiss etməməliyik”, - deyə Covanni Van Bronkhorst bildirib.

Qeyd edək ki, “Beşiktaş” – “Malmö” matçı 6 noyabr saat 19:30-da başlayacaq. Görüşü almaniyalı hakim Sven Yablonski idarə edəcək.