Van Nistelroy istefa verdi

PSV-nin baş məşqçisi Rud van Nistelroy istefa verib.

Sportline.az xəbər verir ki, bu haqda Eydhoven klubunun rəsmi saytında məlumat yayılıb.

Klub rəhbərliyi ona mövsümün sonunadək gözləməyi təklif etsə də mütəxəssis qərarını dəyişməyib.

Qeyd edək ki, Nistelroyun rəhbərliyi ilə Niderland kubokuna sahib çıxan PSV ölkə çempionatında ikinci pillədə qərarlaşır.