Van Persi evinə qayıdır

Niderland millisinin keçmiş futbolçusu Robin van Persi "Feyenoord"un baş məşqçisi ola bilər.  

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 41 yaşlı mütəxəssislə razılığa gəlib.  

Onunla mövsüm başa çatdıqdan sonra müqavilə bağlanacağı gözlənilir.  

"Mançester Yunayted", "Arsenal", "Fənərbağça" və "Feyenoord"un keçmiş futbolçusu olan Van Persi hazırda "Herenven" komandasına rəhbərlik edir.  

Qeyd edək ki, "Feyenoord" akademiyasının yetirməsi olan van Persi daha öncə klubun aşağı yaş qruplarında məşqçi kimi fəaliyyət göstərib.