Van Persinin oğlundan peşəkar futbolçu müqaviləsi
Niderland millisininin sabiq üzvü Robin van Persinin oğlu Şaquell van Persi futbolçu karyerasının ilk peşəkar müqaviləsini imzalayıb.
Sportline.az xarici KİV-ə istinadən xəbər verir ki, 15 yaşlı hücumçu "Feyenoord"la (Niderland) 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Robin van Persi "Feyenoord"un əsas komandasında köməkçi məşqçidir.