Vaqner Lav Qazaxıstanda

Braziliya millisinin sabiq hücumçusu Vaqner Lavın yeni iş yeri müəyyənləşib.

Sportline.az xəbər verir ki, o, Qazaxıstanın “Kayrat” klubuna transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Artıq Qazaxıstana gələn və koronavirus testindən də uğurla keçən futbolçu tezliklə rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, Vaqnerin son komandası Braziliya “Korintians”ı olub. Bu klubla müqaviləsini ötən ay ləğv edən 36 yaşlı forvard, karyerası ərzində “Palmeyras”, “Flamenqo”, “Monako”, ÇSKA (Moskva), “Şandonq Lunenq”, “Alanyaspor” və “Beşiktaş”ın da formasını geyinib.