Veşoviçdən Şahruddin paylaşımı
"Qarabağ"ın müdafiəçisi Marko Veşoviç instaqram səhifəsində Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.
Sportline.az xəbər verir ki, monteneqrolu müdafiəçi Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” ilə cavab oyununda buraxılan qollara görə günahlandırılan Məhəmmədəliyevə dəstək verib. O, postunda bunları yazıb:
"Dəfələrlə bizi xilas etmisən. Səninlə fəxr edirik”.
