“Vest Hem”in gözü “Bayer”in futbolçusuna düşüb

“Bayer”in nideryalı forvardı Viktor Bonifeys mövsümün sonunda klubdan ayrıla ehtimalı var.

Sportline.az jurnalist Kristian Folkun məlumatına görə “Vest Hem Yunayted” Bonifeysi transfer siyahısına əlavə edib.

“Bayer”in baş məşqçisi Xabi Alonso 24 yaşlı futbolçunun klubdan ayrılmasını istəmir.

Qeyd edək ki, Bonifeysin hazır ki dəyəri “Transfermarkt” portalına görə 45 milyon avro olaraq qiymətləndirilir.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 10 qol və 1 asistlə yadda qalıb.

V.Bonifeysin “Bayer”lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.