Veteran cüdoçularımızdan daha 3 medal

Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günü də Azərbaycan komandası üçün uğurlu alınıb.

M1 kateqoriyasında 100 kq çəki dərəcəsində İntiqam Ələkbərov qızıl, 81 kq çəki dərəcəsində mübarizə aparan Samir İsmayılov gümüş, M3 kateqoriyasında 60 kq çəki dərəcəsində Babək Hacıyev isə bürünc medal qazanıb.

M3 kateqoriyasında 100 kq-dan yuxarı çəki dərəcəsində yarışan Zaur Novruzəliyev isə rusiyalı Andrey Botikova uduzaraq 5-ci olub. 

Qeyd edək ki, yarışın ilk günündə Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində Rusiya, ABŞ və Braziliyadan olan rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Rəcəblinin usta cüdoçular arasında qazandığı 8-ci dünya çempionluğudur.